Xəbər lenti

Zelenskinin Baxmuta getməsi USQ-ni şirə döndərib - Rusiya hərbçisi
Dünya06:43 30.12.2022

Zelenskinin Baxmuta getməsi USQ-ni şirə döndərib - Rusiya hərbçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Volodimir Zelenskinin gəlişindən sonra Ukrayna Silahlı Qüvvələri yeni güclə döyüşməyə başlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Baxmut yaxınlığında döyüşən Rusiya hərbçisi "Vajnıye istorii”yə bildirib.
"Sanki cəsarət üçün onlara hansısa müqəddəs su gətiriblər”, - hərbçi deyir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri rusiyalıları öz mövqelərindən uzaqlaşdırıb və "bəzən uğurla” irəliləməkdə davam edir. Hərbçi deyir ki, Rusiyanın Ali baş komandanı onların mövqelərinə gəlsə, bu, onları da motivasiya edər. 
Dekabrın 20-də Zelenski cəbhənin ən qaynar nöqtəsi Baxmutda olarkən Vladimir Putin Ukraynanın ilhaq edilmiş bölgələrinin "rəhbərlərini” və Kremldəki təbliğatçıları mükafatlandırıb. 
Nəşrin həmsöhbətinin sözlərinə görə, onun bölməsində ölənlərin sayı artıq 40%-ə çatıb. "Hər gün itkilər olur”. Səfərbər olanlar da onunla vuruşurlar, lakin onların əksəriyyəti artıq "200 və 300-dür” (ölü və yaralı). "Mən buradan qayıdacağımıza əmin deyiləm", - hərbçi bildirir.
Adı açıqlanmayan hərbçi Baxmut yaxınlığında döyüşən "Vaqner” özəl hərbi təşkilatdakı ağır itkilərdən də danışıb. Onun sözlərinə görə, "Vaqner”in yaradıcısı Yevgeni Priqojinin mediası tərəfindən lentə alınan "gözəl videolara" baxmayaraq, əslində, vaqnerçilər "paçka ilə öldürülür". 
Mütəxəssislər Baxmut uğrunda döyüşləri "Priqojinin şəxsi müharibəsi" adlandırırlar, çünki strateji baxımdan bu şəhərin ələ keçirilməsi artıq xərclənmiş resurslara qeyri-mütənasibdir. "Vaqner”in yaradıcısı özü də etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri "keçən əsrin tarixində bəlkə də heç vaxt görünməmiş səviyyədə müqavimət göstərib”.
Dekabrın 27-də ABŞ-ın Müharibənin tədqiqi institutu (ISW) yazıb ki, son vaxtlar Baxmut yaxınlığında Rusiya qoşunlarının irəliləməsi səngiyib. Mütəxəssislər vəziyyəti avqust ayında Xerson vilayətində Dnepr çayının sağ sahilində Rusiya ordusunun irəliləyişinin dayandığı zaman yaranmış vəziyyətlə müqayisə edirlər.
Nizami Bağırov