Xəbər lenti

Zelenskinin bayram təbriki: "Ukraynalılar, siz inanılmazsınız!
Dünya09:28 01.01.2023

Zelenskinin bayram təbriki: "Ukraynalılar, siz inanılmazsınız!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni il müraciəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski gələcək qələbəyə verdikləri töhfəyə görə hər bir ukraynalıya təşəkkür edib.
"Bizim hər birimiz döyüşçüyük. Hamınıza demək istəyirəm: ukraynalılar, siz inanılmazsınız! Görün nələr etmişik, nələr edirik! Əsgərlərimiz ilk günlərdən "dünyanın ikinci ordusu”nu necə darmadağın edir. Xalqımız onların texnika kolonlarını necə dayandırıb”, deyə Ukrayna dövlət başçısı bildirib. 
O, bir babanın əli ilə tankı necə dayandırdığını və bir yaşlı qadının pomidor bankası ilə düşmənin dronunun necə vurduğunu da xatırladıb.
"Müharibədə hər kəs vacibdir. Əlində silah, avtomobilin sükanı, gəmi və ya təyyarənin sükanı, skalpel tutan. Noutbukun arxasında olan, kombayn, qatar idarə edən hər kəs. Postda və elektrik stansiyasında olanlar. Jurnalistlər və diplomatlar, kommunal xidmət içşiləri və xilasedicilər. Hamı. Kim işləyir. Universitetdə və ya məktəbdə oxuyur. Və hətta yeriməyi yeni öyrənənlər də. Bütün bunlar onlar üçündür. Bizim uşaqlar üçün. Bizim xalqımız üçün. Bizim ölkəmiz üçün. Böyük müharibədə kiçik əməllər olmur. Əhəmiyyətsizlər olmur. Hər birimiz döyüşçüyük. Hər birimiz bir cəbhəyik. Hər birimiz müdafiənin əsasıyıq”, deyə Zelenski əlavə edib.
Nizami Bağırov