Xəbər lenti

Zelenskinin maşını qəzaya düşdü (VİDEO/YENİLƏNİB)
Dünya05:54 15.09.2022

Zelenskinin maşını qəzaya düşdü (VİDEO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İnternetdə Ukrayna prezidenti Vladimir Zelenskinin kortejinin Kiyevdə uğradığı yol-nəqliyyat hadisəsi yerindən video yayılıb.
Qaynarinfo xəbər verir ki, görüntülərdə yanğınsöndürmə, polis və təcili yardım maşınları, eləcə də yaralı lüks avtomobillər görünür. 
Eyni zamanda, yoldan keçən qızların qəzaya necə münasibət bildirdiklərini, "üçlü” qəzaya dərhal təəccübləndiklərini eşidə bilərsiniz.
09.54
Prezidentin mətbuat katibi Sergey Nikiforov Volodimir Zelenskinin avtomobilinin Kiyevdə qəzaya uğradığını bildirib.
Qaynarinfo "Pravda"ya istinadla xəbər verir ki, bu haqda Nikiforov "Facebook"da yazıb.
"Kiyevdə minik avtomobili Ukrayna prezidentinin maşını və müşayiət edən maşınlarla toqquşub.
Dövlətimizin başçısını müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə təcili yardım göstərərək onu təcili tibbi yardım maşınına təhvil veriblər.
Prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb.
Qəzanın bütün şəraiti polis tərəfindən araşdırılacaq”.
Alpər