Xəbər lenti

Zelenskinin Modinin Moskvaya səfərini tənqid etməsi Hindistanı acıqlandırdı
Dünya 13:23 16.07.2024

Zelenskinin Modinin Moskvaya səfərini tənqid etməsi Hindistanı acıqlandırdı

Hindistan XİN prezident Volodimir Zelenskinin Hindistanın baş naziri Narendra Modinin Vladimir Putinlə görüşünü tənqid etməsini müzakirə etmək üçün Ukrayna səfirini çağırıb.

Bu barədə Qaynarinfo "The Economic Times”a istinadən xəbər verir.

Hindistan Xarici İşlər Nazirliyi səfiri dünən çağırıb.

"Bu, Dehlinin Zelenskinin baş nazirlə bağlı verdiyi şərhlərə görə Ukraynanın mövqeyindən narazılığını açıq şəkildə göstərir”, - nəşr yazır.

Məlum olub ki, Dehli bu hadisə fonunda Ukrayna ilə mədəniyyət məsələləri üzrə birgə işçi qrupunun görüşünü təxirə salıb.

Xatırladaq ki, keçən həftə Ukrayna prezidenti Modinin Rusiya prezidenti ilə görüşünü tənqid edərək, bunu "sülh səylərinə sarsıdıcı zərbə” adlandırıb.

"Dünyanın ən böyük demokratiyasının liderinin Moskvada dünyanın ən məşhur cinayətkarını qucaqladığını görmək çox kədərlidir", - Zelenski bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->