Ukraynada hüquqi qadağa səbəbindən seçkilərin keçirilməsi mümkün deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib.
"Seçki kampaniyasının qarşısındakı maneələr güclənib. Hüquqi qadağa hələ də qüvvədədir", deyə siyasətçi izah edib.
O, hazırda seçicilərin təhlükəsizliyinə də zəmanət verməyin mümkün olmadığını qeyd edib.
Bundan əvvəl Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkədə idarəetmənin sistemli böhran yaşadığını bildirib. Onun sözlərinə görə, hakimiyyətin köhnə təbəqəsi öz qaydaları ilə yaşayır, özünü qoruyur və dəyişikliklərdən çəkinir. Fedorov hakimiyyətin özünə deyil, Ukrayna dövlətinə və xalqına xidmət etməli olduğunu xatırladaraq demokratik prosesin bərpası üçün prezident seçkilərinin keçirilməsinə çağırıb.
Volodimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatıb. Yeni dövlət başçısı həmin il martın 31-də seçilməli idi. Lakin ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edildiyi üçün səsvermə ləğv edilib.
Aydın
Şərhlər