Xəbər lenti

Zelenskinin Parisə səfəri cümə günü baş tutacaq - Təfərrüatlar məlum oldu
Dünya06:56 05.06.2024

Zelenskinin Parisə səfəri cümə günü baş tutacaq - Təfərrüatlar məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenskinin Fransa prezidenti Emmanuel Makron və bir sıra digər rəsmi şəxslərlə görüşü cümə günü, iyunun 7-də baş tutacaq.
Qaynarinfo xəbər verir ki, görüşün tarixi haqda "Le Monde” Yelisey sarayına istinadən yazır.
Bu hesabata görə, Zelenskinin 2-ci Dünya Müharibəsi zamanı Müttəfiqlərin Normandiyaya enişinin ildönümü ilə bağlı təntənəli tədbirlərdən sonra cümə günü, iyunun 7-də Parisdə olacağı gözlənilir.
Zelenski Fransanın müdafiə naziri Sebastyen Lekornu ilə də görüşəcək və onlar KNDS silah qrupunun Paris yaxınlığında artilleriya sursatlarının istehsal olunduğu müəssisələrinə baş çəkəcəklər.
Səfər proqramına həmçinin Zelenskinin Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın kürsüsündə çıxışı və mart ayında Ukraynaya gələn MA rəhbəri Yael Bron-Pivetlə danışıqları da daxildir.
Makron ötən həftə Zelenskinin səfərini açıqlasa da, Ukrayna tərəfi bunu hələ təsdiqləməyib.
Bu yaxınlarda media bəzi müttəfiqlərin narahatlığına və Rusiyanın tənqidlərinə baxmayaraq, Fransanın tezliklə Ukraynaya hərbi təlimçilər göndərə biləcəyi barədə məlumat yayıb.
Alpər