Azərbaycan Haqq və Ədalət Partiyası sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Qulunun istefalarına münasibət bildirib.
Partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli Qaynarinfo-ya açıqlamasında deyib ki, hər kəs seçim azadlığı hüququna sahibdir: "Öz gələcəyini özu seçən kəsə nəsə demək doğru deyil”.
Zəlimxan Məmmədli İsa Sadıqovun partiya kursuna sadiq olduğunu vurğulayıb.
Qeyd edək ki, Haqq və Ədalət Partiyasının (HƏP) sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Qulu partiyadan istefa veriblər.
Bahar Rüstəmli