Xəbər lenti

Zəlzələ AES-ə zərər vurdu
Dünya19:14 04.06.2013

Zəlzələ AES-ə zərər vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda baş vermiş zəlzələ "Buşehr" AES-ə zərər vurmayıb. Bu barədə Trend RİA Novostiyə istinadən xəbər verib.

Məlumatda deyilir ki, diplomatik mənbələrin yaydıqları xəbərə görə, İranın cənubunda baş vermiş güclü zəlzələlər nəticəsində "Buşehr" AES-in istinad divarları dağılıb. Vurğulanıb ki, hətta, divarlarda çatlar da yaranıb.

Lakin "Rosatom"un açıqlamasında bildirilir ki, söylənilənlərin əsası yoxdur.

"Baş vermiş zəlzələlər "Buşehr" AES-ə hər hansı zərər vurmayıb. Stansiyada hər şey normaldır və onun fəaliyyətinə mənfi təsir olmayıb. Hazırda "Buşehr" AES-in işə düşməsi üçün hazırlıq işləri aparılır" - deyə bildirilib.

Qaynar.info