
Şənbə günü Egey dənizində zəlzələ baş verib.
Yeraltı təkanların maqnitudası 6,5 olub. Zəlzələ nəticəsində xəsarət alanların sayı 300-ə yaxınlaşıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.
Məlumata görə, zəlzələ Türkiyənin bir çox bölgələrində hiss olunub. Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar. Bəzi evlər qəzalı vəziyyətə düşüb.Qaynar.info