Samsunda yaşayan N.C. adlı qadın özünün Wahatsapp statusunda Kahramanmaraş mərkəzli zəlzələ ilə bağlı "Şanlıurfa və Kahramanmaraşdakılar gəbərsin" kimi paylaşım edib. Samsun Polis İdarəsi Təhlükəsizlik Şöbə Müdirliyinin qrupları ötürülən məlumat əsasında araşdırma başladıb.
Qaynarinfo
Haber7.com-a istinadla xəbər verir ki, Polisin dəvəti ilə vəkili ilə bu gün Samsun Ədliyyəsinə gedən N.Ç. prokurora ifadə verdikdən sonra həbs olunması tələbiylə növbətçi məhkəməyə aparılıb.
Növbətçi məhkəməyə ifadə verən N.Ç. gənc yaşda pis yola düşürüldüyünü və bəzi insanlara əsəbiləşdiyi üçün belə bir status yazdığını iddia edərək, bunları deyib:
"Mən statusu yazdıqdan sonra peşman olub sildim. Hətta bu hadisədən sonra zəlzələdən zərər çəkənlərə yardım göndərdim. Peşmanam”.
Məhkəmə N.Ç.-nin qoluna elektron qandal taxılaraq ev dustaqlığına buraxılmasına qərar verib.
Alpər