Xəbər lenti

Zəncirvarı qəza: 1 ölü, 21 yaralı
Dünya06:17 22.06.2013

Zəncirvarı qəza: 1 ölü, 21 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 21-də axşam saatlarında İranın Ərdəbil vilayətində ağır yol qəzası baş verib.

APA-nın «Oyannews»a istinadən məlumatına görə, Ərdəbil-Səreyn avtomobil yolunda baş vermiş zəncirvarı qəzada 5 avtomobil və 1 avtobus toqquşub. Nəticədə, 1 nəfər yerindəcə ölüb, 21 nəfər isə yaralanıb. Yaralılar ilkin tibbi yardımdan sonra Fatemi xəstəxanasına aparılıb. Onların bəzilərinin əl və ya ayağı sınıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, bəzilərinin isə durumu ağırdır.

Qaynar.info