İş adamı Yuri Milner Rusiya vətəndaşlığından imtina edib.
Qaynarinfo bu barədə MK-ya istinadla xəbər
verir.
Materialda qeyd edilir ki, Milner 1999-cu ildən İsrail vətəndaşlığına malikdir.
Yuri Milner internet layihələrinə sərmayə qoyan DST Globa vençur fondunun sahibidir. 2012-ci ildə tərk etdiyi Mail.ru Qrupunun təsisçilərindən biri kimi də tanınır və diqqətini investisiya fondunun inkişafına yönəltməyə qərar verir.
Forbes-in builki reytinqinə görə, 7,3 milyard dollar sərvəti ilə Milner ən varlı rusiyalılar siyahısında 15-ci yerdə qərarlaşıb.
İş adamının qərarının səbəbləri açıqlanmır. Onun sözlərinə görə, ötən ilin yayında vətəndaşlıqdan çıxmaq proseduru başa çatıb.
Alpər