İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Taliban qruplaşmasının nümayəndə heyətini qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Taliban sözçüsü Suhail Şahin məlumt verib.
Nümayəndə heyətinə təşkilat liderinin müavini və Qətərdəki siyasi ofisinin rəhbəri Molla Baradar Axund başçılıq edib. Tərəflər Əfqanıstandakı vəziyyətin sülh yolu ilə həllini müzakirə ediblər. Görüştə ikitərəfli münasibətlərə və İranda olan əfqan qaçqınların problemlərinə də toxunulub.
İran nümayəndələri əfqan xalqı ilə sıx əlaqələrin qurulmasını istədiklərini və Əfqanıstandan gələn qaçqınların problemlərini həll edəcəklərini bəyan ediblər.
Camal