
Qazaxıstanda ölkənin ilk və yeganə prezidenti Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq.
“RİA Novosti" xəbər verir ki, banknotun buraxılması ölkədə dekabrın 1-də qeyd olunan ilk prezident gününə həsr olunub.
"Xəbər" telekanalının məlumatına görə, artıq əsginas Astanada keçirilən Qazaxıstan Milli Bankının "Qazaxıstanın müstəqilliyinin 25 il: milli valyuta" adlı konfransda nümayiş etdirilib.
Nursultan Nazarbayevin şəkli olan əsginas 10 min təngə dəyərindədir və suvenir məqsədi daşıyır.(virtualaz.org)
Qaynarinfo.Az