
Türkiyənin Tekirdağ bölgəsində fəaliyyət göstərən bir quşçuluq fabrikində üzərində ərəbcə Allah sözü yazılan yumurta görənləri heyrətləndirib.
Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekirdağ bölgəsinin müftisi Mahmud Gürləki isə bunda təccüblü bir şey olmadığını deyib: “Uca rəbbimiz görünən, görünməyən, canlı, cansız hər şeyi yoxdan yaradıb. Hər şey Allahın əsəridir. Yumurtanın üzərindəki izlərdə Allah yazıldığı aydın görünür. Onu yaradan və yaşadan da Allahdır. Hz. Musa Fironun zülümündan qaçan insanlara varlığını mövcudluğunun göstərmək məqsədilə, Qırmızı dənizi ikiyə bölərək insanlara yol göstərib. Allah zaman keçdikcə insanlara bu cür möcüzələr göstərir”.
Quşçuluq fabrikində yumurtalara nəzarət edən 52 yaşlı Adnan Arsu: “34 ildir ki, bu sahədə çalışıram. İlk dəfədi yumurtaların üzərində Allah yazısı ilə qarşılaşıram. Hazırda fabrikdə 20 min toyuq var. Fabrikdə bir gündə 17 min ədədə yaxın yumurta istehsal olunur. Lakin onlardan yalnız 4-nün üzərində Allah sözləri yazılır".