ABŞ-da həbsdə olan Cənubi Azərbaycan əsilli Türkiyə vətəndaşı Rza Zərrab haqqında irəli sürülən cinsi zorakılıq ittihamına cavab verib.
Qaynarinfo xəbər verir ki, Zərrab, vəkili Robert Anello vasitəsilə məhkəməyə müraciət edərək haqqında irəli sürülən iddianın əsassız olduğunu bildirib və onun etibarını zədələmək, pul almaq məqsədi daşıdığını vurğulayıb.
Qeyd edək ki, Zərrabın sabiq kamera yoldaşı olan 62 yaşlı Faozi Caber cinsi zorakılıq və təcavüzə məruz qaldığını iddia edir.
Gülşən