
Hindistanın şimalında zəvvarları daşıyan yük maşını dərəyə yuvarlanıb.
Qəzada 20 nəfər həlak olub, 35 nəfər isə müxtəlif ağırlıqlı yara və xəsarətlər alıb. Milli.Az AsiaOne-a istinadən bildirir ki, qəza Hindistanın paytaxtı Nyu Delhidən 380 km şimalda, Hoşiarpur şəhərinin yaxınlığında baş verib.
Yük maşınının sürücüsü yüngül yaralanıb. Polisdən verilən məlumata görə, qəzanın səbəbi yük maşınının əyləc sistemindəki nasazlıq olub.
Qaynar.info