Xəbər lenti

Zeynalovun erməni Ambarsumovdan fərqi nədir? - VİDEO
Dünya07:02 21.10.2013

Zeynalovun erməni Ambarsumovdan fərqi nədir? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üstündən 11 gün keçməsinə baxmayaraq, Moskvanın Biryulevo rayonunda baş verən qətl hadisəsinin əks-sədası səngiməyib.

Musavat.com məlumçat verir ki, Rusiyanın demək olar ki, bütün telekanalları və bütün qəzetləri, saytları azərbaycanlı Orxan Zeynalovun əsas şübhəli olduğu qətl hadisəsini və onun yaratmış olduğu situasiyanı gündəmdə saxlamaqda davam edirlər.

Bu xüsusda çoxlu müəmmalar və suallar var, aydın olan odur ki, 25 yaşlı Yeqor Şerbakovun məişət zəminində törədilmiş qətli Rusiyaya sığınmış əmək mühacirlərinə qarşı nifrətin bardağını daşıran son damla olub. Ancaq bu, təbii şəkildə baş verdimi?

Minval.az saytının əməkdaşlarının hazırladığı materialda bildirilir ki, son illərdə Rusiyada miqrantlar tərəfindən yerli əhaliyə qarşı bundan qat-qat ağır və iyrənc cinayətlər törədilib, amma o zaman bu, sadəcə kriminal xronikada verilən xəbərdən ibarət olub və heç bir ajiotaj doğurmayıb. Əslində isə ajiotaj doğurmalı hadisə məhz o idi.

Çünki söhbət azyaşlı rus qızının Pyatiqorskda keçmiş məhkum Vladimir Ambarsumov tərəfindən vəhşicəsinə zorlanmasından və boğulub öldürülməsindən gedirdi.

9 yaşlı Anya Prokopenkonu zorladıqdan sonra boğan erməni Ambarsumov öz təqsirini etiraf edib və ömürlük həbs cəzasına layiq görülüb.

Göründüyü kimi, bu, iki gənc adamın içkili vəziyyətdə dalaşmasından qat-qat artıq dərəcədə hiddət doğurmalı hadisəydi. Amma bu barədə mətbuat susub, hüy-küy salmayıb, sırdan bir kriminal xəbər kimi verib və yerli neo-faşistlər də qəzəblənib bazarlara hücum etməyiblər.

Qaynar.info