Xəbər lenti

Zöhrə Abdullayeva dəfn olundu (FOTOLAR)
Sənət12:52 28.05.2021

Zöhrə Abdullayeva dəfn olundu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış müğənni, əməkdar artist Zöhrə Abdullayeva dəfn olunub.
"Report” xəbər verir ki, o, Xırdalan qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.
Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın dəfn mərasiminə əklil göndərib.
Qeyd edək ki, Z.Abdullayeva bu gün uzun sürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib. 2018-ci ildə yeganə oğlunu itirdikdən sonra onun səhhətində problemlər yaranmışdı. Uzun müddətdir ağır xəstəlikdən xəstəxanada müalicə olunurdu.