Xəbər lenti

Zibil yığarkən məşhur oldu
Dünya17:30 11.10.2013

Zibil yığarkən məşhur oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentinada nağıllarda olan hadisə baş verib. 

Qaynar.info saytı xəbər verir ki, "Yeni Müsavat" qəzetində dərc olunan yazıda ölkənin paytaxtında yaşayan 16 yaşlı Daniela Kot adlı qız məşhur modelyerlərdən birinin diqqətini çəkib və ən məşhur manikenlərdən birinə çevrilib. 9 uşaqlı bir ailənin 4-cü övladı olan Kot küçədəki zibillərin içində yemək axtararkən modelyer Marina Qonzalesin diqqətini cəlb edib. Qonzales qızın təbii gözəlliyini gördükdən sonra onun şəklini çəkərək bir dostuna göndərib. Məşhur manikenlərlə birlikdə işləyən şirkət sahibi Danielanın gözəlliyini gördükdən sonra onu "Elite Model Look” yarışmasına göndərib. 176 santimetrlik boyu, gözəl bədəni, möhtəşəm üz gözəlliyi ilə ölkənin ən gözəl manikeni seçilən qız qazandığı pul ilə ailəsini lüks restorana aparıb. Qısa zamanda ölkənin ən məşhur manikenlərindən birinə çevrilən Kot, indi məşhur markaların reklamlarına çəkilir. O, mətbuata verdiyi açıqlamada bu sözləri deyib: "Küçədə tapdığım kağızları və şüşələri yığıb, şənbə günləri satırdım. Haradan gəldiyimi unutmamışam. Bəlkə də zibil yığmasaydım, bu gün maniken ola bilməzdim”.

Gənc qız manikenlikdən qazandığı pulla bir ev alıb. Anası, 3 bacısı və 5 qardaşı ilə birlikdə bu evdə yaşayır. Daha çox pul qazanmaq üçün indi də ingilis dili öyrənir.

Qaynar.info