Xəbər lenti

İdman 11:39 31.01.2024

Zidan "Liverpul"a rəhbərlik edə bilər

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan İngiltərənin "Liverpul" klubunun baş məşqçisi ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

İngiltərə klubunun rəhbərliyi artıq mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, 2015-ci ilin payızından "Liverpul”a rəhbərlik edən Yurgen Klopp mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. Onun rəhbərliyi altında "qırmızılar” İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. O

Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunun, iki dəfə Klublararası Dünya Kubokunun və üç dəfə UEFA Çempionlar Liqasının qalibi edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->