Xəbər lenti

Zidanı Dünya Çempionatından qovan hakimdən ŞOK AÇIQLAMALAR
İdman14:03 30.11.2013

Zidanı Dünya Çempionatından qovan hakimdən ŞOK AÇIQLAMALAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2006-cı ildə keçirilən Dünya çempionatında Fransa və İtaliya yığmaları arasındakı görüşün baş hakimi Elisondo Orasio Zinəddin Zidanı meydandan qovduğu an barədə ilk dəfə danışıb.

Milli.Az Sports-a istinadən xəbər verir ki, Orasio deyib:
 
“Əlbəttə, KİV-lərin reaksiyasına görə mən necə vacib qərar verdiyimi anladım.
Amma Zidana qırmızı vərəqə göstərəndə bunu anlamırdım. Bu, komandanın adi futbolçusu idi. Hamı necə - o da elə.

Mənə o an hər şeyi qulaqcığın köməyi ilə bildirdilər, Materassi yerə yıxılan zaman top meydanın əks tərəfində idi, ona görə də mən zərbə anını görmədim. Mən əl ilə oyun üçün fit çaldım. Oyun meydanın əks tərəfinə keçdi, Materassi isə meydanın bu biri tərəfində uzanmışdı.
 
Materassi ayaq üstə durmurdu. Mən gözlədim ki, dursun ayağa, lakin o durmadı və oyunu dayandırmaq qərarını verdim. Mən öz köməkçimdən (Dario Qarsiya) soruşdum: “Dario, nə olub ona? Niyə Materassi yerdədir? Cavab olaraq mənə dedi ki, heç nə görməmişəm. Sonra mən cinah hakimdən (Rodolf Otero) soruşdum, lakin o da heç nə görmədiyini bildirdi. Qulaqcıqda mən ehtiyat hakim Luis Medin Kantalexonun səsini eşitdim: "Orasio, mən gördüm, Zidan kobudcasına Materassinin sinəsinə kəllə ilə vurdu”.

Materassi yıxıldığı yerə yaxınlaşanadək mənə artıq kifayət qədər məlumat vermişdilər. Mən Kantalexodan Zidanın Materassini niyə vurduğunu soruşdum, o isə ancaq Zidanın zərbə vurduğu anı gördüyünü dedi.
 
Buffon və Qattuzodan başqa, digər oyunçular da nə baş verdiyini anlamırdılar.
Çünki mənim kimi heç nə görməmişdilər.
 
Mən fikirləşirdim ki, nə qərar verim? Zidan sakitcə yanımda durmuşdu. Mən rahat qırmızı vərəqə verə bilməzdim axı, hamı gördü ki, mən meydanın tam əks tərəfində idim və heç nə görməmişəm.
 
Mən yan hakimə yaxınlaşdım və dedim: “Dario, diqqətli ol”. Eyni sözləri özümə də dedim: “10 dəqiqə qalıb, diqqətli ol”.
 
Və mən Zidana yaxınlaşaraq ona qırmızı vərəqə göstərdim. O vaxt hakimlər üçün qulaqcıqlar yeni tətbiq olunurdu. Hamıya məlumdur ki, əgər hakim yan xətt hakiminə müraciət edirsə, deməli, ondan nəsə soruşur.
 
Mən bilirdim ki, Dario heç nə görməyib. Mənim ona yaxınlaşmağım da sanki bir pərdə idi".

Qaynar.info