Madrid “Real”ının yarımmüdafiəçisi Xames Rodriges “Mançester Yunayted”ə keçmək istəyir.
"Qaynar"
fanat.az-a istinadən xəbər verir ki, keçid mövsümün sonunda reallaşa bilər.
Artıq tərəflər razılığa gəlib.
Yeri gəlmişkən, Xames İspaniya çempionatının 33-cü turunda “Barselona”dan alınan yenilginin (2:3) ardından Zinəddin Zidanla mübahisə edib. Mənbə Kolumbiya millisinin üzvünün məğlubiyyətdə Zidanı günahlandırdığını və ona qarşı yetərincə hörmətsiz davrandığını vurğulayıb.
Qeyd edək ki, bu Rodrigesin “Real”ın çalışdırıcısıyla yaşadığı ilk problem deyil. O dəfələrlə Zizunun ünvanına xoşagəlməz sözlər səsləndirib. Zidan isə Xamesin məşqlərdə yaxşı çalışmadığını əsas gətirərək, ona start “11-lik”də yer verməyəcəyini söyləyib.
Qaynar.Az