Xəbər lenti

İdman 16:31 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

"Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.

Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubunu keçəcəyi təqdirdə "Hegelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
--> -->