Xəbər lenti

Ziya Məmmədovun DİN-də çalışan qardaşı oğlu təqaüdə göndərildi
Ölkə12:08 28.11.2019

Ziya Məmmədovun DİN-də çalışan qardaşı oğlu təqaüdə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib. DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib. F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, F.Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur.