Xəbər lenti

Ziyafət Əsgərov: "Qatil atan cəzasını alacaq”
Siyasət06:21 17.06.2014

Ziyafət Əsgərov: "Qatil atan cəzasını alacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda davam edən NATO Parlament Assambleyasının (PA)“Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth”seminarında iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputatTevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlıcinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır.
APA-nınməlumatına görə, bunu seminarda Azərbaycan qurumdakı nümayəndəheyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏsgərovT. Poqosyanın Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməsinəcavab verərkən deyib.
 
Z. Əsgərov ermənideputatı riyakarlıqdan və etikasızlıqdan əl çəkməyə çağıraraq yaxıntarixi saxtalaşdırmağa son qoymağı tələb edib: “Sən iki gündür buradaAzərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsən. Məgərbilmirsiniz ki, bu hadisəni sovet “KQB”si və sizin Qriqoriyan edib?!Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Amma sənin atanQarabağda azərbaycanlılara qarşı öz yurdlarında qanlı cinayəttörədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlarda var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlıistintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıbgətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən”.

Qaynar.info