Xəbər lenti

Zorlamada ittiham olunan Till Lindemanna qarşı istintaq bağlandı
Dünya10:14 29.08.2023

Zorlamada ittiham olunan Till Lindemanna qarşı istintaq bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Berlin prokurorları "Rammstein" qrupunun solisti Till Lindemann barəsində istintaqı dayandırıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Berliner Zeitung" qəzeti yazıb.
İyun ayında bir neçə qadın Lindemanı cinsi qısnama və zorlamada ittiham etməyə başlayandan sonra solistə qarşı cinayət işi açılıb.
Mayın sonunda 24 yaşlı irlandiyalı Şelbi Linn X-də (o vaxt "Twitter" adlanırdı) yazıb ki, "Rammstein" konsertindən sonra onun içkisinə narkotik qatılıb, bundan sonra qrupun aparıcı müğənnisi ona cinsi əlaqədə olmağı təklif edib. Ertəsi gün səhər qız bədənində hematomalarla (bədən boşluqlarına və ya dəri altına yığılmış qan kütləsi) oyandı. Bundan sonra müxtəlif ölkələrdən ən azı 10 qız sosial şəbəkələrdə müğənni haqqında oxşar hekayələr paylaşmağa başlayıb.
Lindemanı təmsil edən Berlində yerləşən "Schertz Bergmann" hüquq firması təqib iddialarını rədd edib. Və Şelbi Linn özü sonradan onu zorlamada ittiham etmədiyini aydınlaşdırıb. 
Aydın