Xəbər lenti

Zukerberq daha da varlanıb
Dünya12:51 26.07.2014

Zukerberq daha da varlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mashable” nəşri yazır ki, Mark Zukerberq “Google” şirkətinin həmtəsisçilərindən (Serqey Brin və Larri Peyc) daha zəngin olub. 2014-cü ilin ikinci rübü üzrə “Facebook”un hesabatının dərcindən sonra səhmlərin qiymətinin artması ilə sosial şəbəkənin direktoru “Bloomberg”in milyarderlər reytinqində 16-cı yerdə qərarlaşıb.
 
30 yaşlı Zukerberqin varidatı 33,3 milyard dollar dəyərində qiymətləndirilib. Larri Peyc və Serqey Brin müvafiq olaraq 17 və 18-ci yerlərdə qərarlaşıblar. Birinci 33,2 milyard, ikinci isə 32,9 milyard dollar dəyərində varidata sahibdir. Reytinqin 12-ci pilləsində “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos yer alıb (“ICTnews").

Qaynar.info