Xəbər lenti

Zukerberq dünyanın ən zəngin 10 adamı siyahısından çıxdı
Dünya19:10 04.02.2022

Zukerberq dünyanın ən zəngin 10 adamı siyahısından çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Meta"nın qurucusu Mark Zukerberq şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində dünyanın ən varlı adamları siyahısında 12-ci yerə düşüb.
Qaynarinfo  xəbər verir ki, bu barədə "Forbes”in milyarderlər reytinqinin məlumatlarında deyilir. 
Hazırda onun sərvəti 84,8 milyard dollar qiymətləndirilir. Reytinqə görə, Zukerberq son sutkada 29,7 milyard dollar (25,9%) itirib. "Meta” rəhbərinin kapitalının gündəlik ixtisarı indiyədək ən böyük itkilərdən sayılır. Zukerberq bu siyahıda İlon Maskı qabaqlayır. Keçən il "Tesla” rəhbəri bir gündə 33 milyard dollar itirib.   Qeyd edək ki, Zukerberq 2015-ci ildən bəri ən zəngin on adamdan biridir.