
"Facebook"un qurucusu Mark Zukerberq ABŞ-ın yeni prezidenti Donald Trampın immmiqrantlarla bağlı siyasətini tənqid edən müraciət yayıb.
Qaynarinfo.Az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Zukerberq öz müraciətində xatırladıb ki, onun babaları Almaniya və Polşadan, həyat yoldaşının babalarının isə Çin və Vyetnamdan köçüb gəliblər.
"Biz gərək qapılarımızı qaçqınlara və köməyə ehtiyacı olanlara açıq saxlayaq. Biz məhz buyuq və belə də qalmalıyıq. Əgər biz bir neçə onillik əvvəl qaçqınlardan üz döndərsəydik, bu gün Pretsillər ailəsi (Zukerberqlər) burada olmazdı"- deyə müraciətdə bildirilir.
Bundan əlavə, Zukerberq Trampın qaçqın uşaqlarına dəstək verməklə bağlı qərarını isə dəstəkləyib.
Qaynarinfo.Az