Facebook-un rəhbəri Mark Zükerberq rəsmi səhifəsində 2030-cu ilə dair proqnozlarını yazıb.
Qaynarinfo xəbər verir ki, o, əvvəllər növbəti il üçün planlar qurduğunu, lakin bu dəfə bəşəriyyətin perspektivlərinə daha geniş baxmağa qərar verdiyini qeyd edib.
Zükerberqin proqnozlarına görə, təxminən 10 il sonra insana tam yaxınlaşmağa imkan verən texnologiyalar mövcud olacaq və ortalama insan ömrü iki il yarım artacaq. Facebook rəhbəri insanların daha yaxşı iş üçün böyük şəhərlərə köçmə ehtimalının daha az olacağını da irəli sürüb. Qeyd edib ki, gələcəkdə karyera qurmaq virtual reallıq sayəsində mümkün olacaq və insan özü istədiyi yerdə yaşaya biləcək.
Zükerberq hökumətlərin isə növbəti on il ərzində qarşılaşacaqları problemlərin söz azadlığı və internet təhlükəsizliyi olacağınını bildirib.
Camal