Xəbər lenti

“Üzüklərin əfəndisi”nin ulduzu İen Holm öldü
Dünya13:42 19.06.2020

“Üzüklərin əfəndisi”nin ulduzu İen Holm öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Londonda uzun sürən xəstəlikdən sonra "Üzüklərin əfəndisi” trilogiyasında Bilbo Baqqins rolunu oynamış aktyor Ser İen Holm 88 yaşında vəfat edib. 
Qaynarinfo xəbər verir ki, geniş tamaşaçı kütləsi onu "Beşinci element”, "Braziliya”, "Yad” filmlərindən də tanıyır. Aktyor uzun müddətdi Parkinson xəstəliyindən əziyyət çəkirdi və ölümü də bu xəstəliyin ağırlaşmaları ilə əlaqələndirilir.
İngilis mediasına görə, ser İen Holm bu səhər xəstəxanada ailəsi və həkimlərinin əhatəsində gözlərini əbədi yumub.
Həmkarları Holmu ən cazibədar, xeyirxah və olduqca istedadlı aktyor adlandırıblar.
Holm Ridli Skotun fantastik "Yad” qorxu filmindəki Eş robotu rolu ilə dünyada məşhurlaşıb. 1998-ci ildə Kraliça II Yelizaveta dramaturgiya sənətinin inkişafındakı xidmətlərinə görə onu cəngavər elan edərək zadəgan titulu verib.
Ümumilikdə Holm teatrda, kinoda və televiziya seriallarında 120-dən çox rolda oynayıb.