
Rusiyanın Leninqrad vilayətinin Priozersk şəhərində bu gün bir kişi polis idarəsinin qarşısında özünə od vurub. Alışandan sonra o, polis idarəsinin binasına daxil olmaq istəyib.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, həmin şəxsin ruhi xəstə olduğu güman olunur.
Yerli vaxtla saat 3 radələrində Priozerye polis idarəsinə zəng vuran şəxs binanın yanında olduğuun deyib və polis zabitlərindən birinin onunla danışmasını istəyib.
Sahə müvəkkili həmin kişinin yanına yollanıb. Söhbət zamanı kişi əvvəlcədən benzin tökdüyü paltarına od vurub, sonra polis binasına girməyə çalışıb.
Polislər onu saxlayaraq alovu söndürüblər.
İntihar etməyə çalışan 36 yaşlı şəxs xəstəxanaya aparılıb. O, indi reanimasiya bölməsindədir. Bədəninin 96 faizi yanmış şəxsin vəziyyəti kritikdir.
Dekabrın 23-də Rusiyanın Nijni Novqorod şəhərində yanacaqdoldurma stansiyalarından birində bir kişi özünü yandırıb. Dəri örtüyünün 50 faizi yanan şəxs xəstəxanada keçinib.
Qaynar.info