Xəbər lenti

1 dollara ev satılır
Dünya09:51 30.01.2014

1 dollara ev satılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanadanın Vankuver şəhərində dəmir yolu işçiləri üçün 100 il əvvəl tikilən ev 1 dollara satışa çıxarılıb.

Qaynar.info xəbər verir ki, Boston Bar qəsəbəsinin rəhbəri Lloyd Forman evin restavrasiyaya ehtiyacı olduğunu deyib.

Forman indiyə qədər 5 nəfərin evi almaq istədiyini, lakin ən yaxşı təklif edən şəxsə satılacağını bildirib.

Evin ötən əsrdə Canadian Pasific Railways adlı dəmir yolu şirkətinin işçiləri üçün tikildiyini, buranın qəsəbə üçün tarixi əhəmiyyət daşıdığını deyərək, alıcının müqavilədəki bütün şərtlərə sözsüz əməl etməsinin vacib olduğunu söyləyib.

Qaynar.info