Xəbər lenti

1 ton ağırlığında balqabaq yetişdirdilər, amma... (FOTOLAR)
Dünya12:40 18.10.2017

1 ton ağırlığında balqabaq yetişdirdilər, amma... (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin Hempşira əyalətindən olan Stüard və Yen Peyton adlı əkiz qardaşlar bağlarında 1 ton ağırlığında balqabaq yetişdiriblər.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, ötən il də böyük bir balqabaq yetişdirən qardaşlar öz rekordlarını təzələyiblər. Beə ki, bu il yetişdirdikləri məhsul ötən ilkindən 7 kiloqram ağır olub. Peyton qardaşları belə böyüklükdə balqabağın ərsəyə gəlməsi üçün ona hər gün 500 litrdən çox su verdiklərini bildiriblər.

Payız Balqabaq Festivalı ərəfəsində təqdim olunan balqabaq təəssüf ki, dünya rekordunu qıra bilməyib.

Qeyd edək ki, dünya rekordu 1190 kiloqram olmaqla belçikalı Matias Vileminsə məxsusdur. Peyton qardaşlarının balqabağının isə rekordu təzələməsinə 170 kiloqramı çatmayıb. Amma fermerlər bir gün mütləq dünya rekordunu təzələyəcəklərini bildiriblər.

Qaynarinfo.Az