Xəbər lenti

10 NATO ölkəsi “Sky Shield” HHM sisteminin inkişafına dair memorandum imzaladı
Dünya04:42 12.10.2023

10 NATO ölkəsi “Sky Shield” HHM sisteminin inkişafına dair memorandum imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO üzvü olan 10 ölkəsinin müdafiə nazirləri oktyabrın 11-də "Sky Shield” ("Səma qalxanı” – red.) hava hücumundan müdafiə sisteminin inkişafı üzrə Avropa təşəbbüsünün gələcək birgə inkişafı haqqında memorandum imzalayıb.
Qaynarinfo bu barədə Alyansın mətbuat xidmətinə istinadən xəbər verir.
NATO-nun Brüsseldəki mənzil-qərargahında memorandumu "Sky Shield”də iştirak edən on ölkənin - Belçika, Danimarka, Estoniya, Latviya, Litva, Niderland, Almaniya, Sloveniya, Macarıstan, Çexiya və Estoniyanın nümayəndələri imzalayıblar.
Almaniyanın rəhbərlik etdiyi təşəbbüs hava hücumundan müdafiə avadanlığı və raketlərinin birgə alınması, Alyansın əlaqəli inteqrasiya imkanlarının gücləndirilməsi yolu ilə Avropanın hava və raketdən müdafiəsini gücləndirmək məqsədi daşıyır.
"Almaniyanın rəhbərlik etdiyi Avropa "Sky Shield” Təşəbbüsü Alyans üzvlərinin qarşılıqlı fəaliyyət və inteqrasiyanı təmin etməklə yanaşı, NATO tələblərinə cavab vermək üçün səylərini gücləndirmələrinin vacibliyini nümayiş etdirir”, - NATO Baş Katibinin müavini Mirça Coane şərh edib.
"Beləliklə, bu təşəbbüs Alyans üzvlərinin müdafiə xərcləri ilə bağlı öhdəliklərini bizim kollektiv müdafiəmiz üçün mövcud olan real imkanlara çevirməyə kömək edir. Bu, həmçinin Alyansın Avropa üzvlərinin yükün ədalətli şəkildə bölüşdürülməsinə sadiqliyini nümayiş etdirir", - o əlavə edib.
Xatırladaq ki, ötən ilin payızında Almaniya Avropada hava hücumundan müdafiəni gücləndirmək və bu sahədə səyləri daha yaxşı cəmləşdirmək məqsədi daşıyan "Sky Shield” təşəbbüsünü irəli sürüb. Artıq 19 Avropa dövləti bu təşəbbüsdə iştirak edir, o cümlədən neytral Avstriya və İsveçrə.
Nizami Bağırov