
İndoneziyada qadınların fahişəliyə cəlb edilməsi getdikcə bütün əndazələri aşmaqdadır.
Ans press-in "dailymail.co.uk"ə istinadən verdiyi məlumata görə, sıra 11 yaşlı qızların alınıb-satılmasına çatıb. Ölkədə gənc qızlar arasında fahişəlik geniş yayılıb. Pula, narkotikə ehtiyacı olan gənclər asanlıqla insan alverinin qurbanı ola bilirlər.
17 yaşlı Chimoy deyir ki, ilk dəfə 14 yaşında "işə" başlayıb. Onu bu "işə" oğlan dostunun bacısı düzəldib. Aylıq qazancı 1800 avrodur. Chimoy qazandığı pulla özünə ev, maşın alıb. Chimoy müştərilərini internet vasitəsilə tapır.
İndoneziyada qızların internet vasitəsilə "xidmətlər"ini təklif etməsi geniş yayılıb. Onların arasında 11-12 yaşlı qızlara da rast gəlmək mümkündür.
BMT-nin Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, 70 min uşağın yaşadığı İndoneziyada hər il 40 min uşaq cinsi istismara məruz qalır.
İndoneziyada fahişəliyin geniş yayılmasının səbəblərindən biri də çoxarvadlılıqdır. Kişinin bir neçə arvadı olur. Hər arvaddan bir neçə uşaq dünyaya gəlir. Amma onların ehtiyalarını ödəmək çətin olur.
Məsələn, Chimnoy 15 yaşında olanda hamilə qalıb. İki il ərzində iki qızı olub. Chimnoy əminliklə deyir ki, qızları da onun yolunu davam etdirəcəklər. Bildirir ki, fahişəlik biznesinin başında yaşlı insanlar, əsasən də, kişilər durur.
Qaynar.info