Xəbər lenti

12 aprel müşavirəsi tarixi bir hadisə kimi yadda qalacaq -  Deputat
Siyasət15:00 13.04.2022

12 aprel müşavirəsi tarixi bir hadisə kimi yadda qalacaq - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aprel müşavirəsi yalnız 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş toplantı deyil, həm də postmüharbə dövrünün bir illik hesabatı idi. Azərbacan Pezidenti İlham Əliyev əslində son üç ayda daxil olmaqla postmüharibə dövrünün reallıqları barədə danışdı. Ölkə rəhbəri ölkədə həyata keçirilən sosial-iqtisadi layihələri ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində təqdim etdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizi bərpası və böyük qayıdış kontekstində əsas məslələrdən olan, Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsini izah etdi:” Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki böyük qayıdış da, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsləsi də həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Buna görə də Prezident İlham Əliyev ilk növbətə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT –nin davranışlarına diqqət çəkərək, onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Ölkə lideri BMT- Azərbaycan münasibətlərinə, Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı.  Prezident Beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi.  Şübhəsiz ki, Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir”.
Deputat həmçinin bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallıq bütün dünya tərəfindən qəbul edilir:"Bu, mühüm tarixi - strateji uğurdur. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk qrupu de-fakto etibarsızıdr, qeyri-funksionaldır. Yəni, fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi, bu gün də faktiki olaraq fəaliyyətsidir. Çünki onun fəaliyyətinin predmeti artıq yoxdur. Ona görə də  Prezident İlham Əliyev ATƏT- ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühütinin yaradılması ilə məşğul ola bilər. Yəni, vətəndaş cəmiyyəti institutları, media və. s vasitəsilə bu istiqamətdə müəyyən işlər görmək mümkündür. Avropa İttifaqının  mövqeyinə gəldikdə isə Prezident bu vacib qurumun aprel ayının 6 - da təşkil etdiyi üçütərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi”.
Hikmət Babaoğlu bunu olduqca mühüm hadisə hesab edir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi qiymətləndirir:"Prezident öz çıxışının növbəti blokunda milli yaddaşımıza tarixi çağırış etdi. Bu çağırış bu gün və gələcək üçün olduqca vacib idi. Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstə Prezident İlham Əliyev ordu quruculuğu məsələrinə toxunaraq, Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqət çəkdi. Azərbaycan ordusunun daima güclü olmasının vacibliyini qeyd etdi. Əslində bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamət vermiş oldu. Ordumuz  professonal hərbi kadrlardan komplektləşdirilərək Türkiyə Ordusu modelində güclü bir ordu olacaq. Prezidentin toxunduğu növbəti blokda isə postmüharibə iqtisadiyyatı və onun əsas istiqamətləri öz əksini tapdı ki, bu da regionumuzda sülhün və rifahın, Azərbaycanın gələcək inkişafının iqtisadi paradiqmalarını özündə ehtiva edirdi. Növbəti istiqamət isə regional kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürüyü öhdəçiliyi dərhal yetinə yetirməsi ilə bağlı idi. Əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa, yəni Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsı hesab edə bilər.Bu Ermənstana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər”.
Deputatın fikirincə, 12 aprel müşavirəsi ölkədaxili və xarici milli cağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı.
Bahar Rüstəmli