Xəbər lenti

12 yaşlı qız nəşi yuyularkən dirildi: Mütəxəssislər fakta qiymət verdi
Dünya12:23 25.08.2020

12 yaşlı qız nəşi yuyularkən dirildi: Mütəxəssislər fakta qiymət verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
On iki yaşlı qız cənazəsinə hazırlıq getdiyi vaxt "cana gəlib".
Qaynarinfo xəbər verir ki, bu haqda "Daily Star" portalı yazıb. Hadisə İndoneziyada qohumları qızın cəsədini yuyarkən baş verib. Qız xroniki diabetdən əziyyət çəkib, vəziyyəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Elə həmin gün həkimlər onun ölümünü elan edib. Bundan sonra yaxınları onu dəfn etmək üçün xəstəxanadan götürüb.
Yuyulma proseduru zamanı qız gözlərini açıb, bədən temperaturu yüksəlib, ürəyi döyünməyə başlayıb. Dərhal təcili yardım çağırılıb, amma həkimlərin bütün səylərinə baxmayaraq, uşaq "diriləndən" bir saat sonra yenidən ölüb.
Mütəxəssislər belə inanılmaz halların "Lazar sindromu" ilə əlaqədar olduğunu izah ediblər. Ürək tutması nəticəsində ölənlərdə qan dövranının kortəbii şəkildə bərpa olunması mümkündür ki, bu da ağciyərlərin işləməsinə və ürəyin döyünməsinə səbəb olur. İlk dəfə "Lazar sindromu" 1982-ci ildə qeydə alınıb və bu vaxta qədər bu cür hadisə 38 dəfə baş verib. Lakin bu yaxınlarda alimlər Les Qorodon, Mate Pasqe, Hermann Burger və Peter Paal tibbi ədəbiyyatda araşdırma apararaq, 65 belə hadisənin baş verdiyini üzə çıxırıb, onlardan 22 xəstə sağ qalıb ki, 18-də heç bir nevroloji nəticə qeydə alınmayıb.
Alpər