Diyarbəkirin Sur qəsəbəsində PKK terrorçularının bomba yüklü maşını partlatması səbəbindən həlak olan 13 nəfərin cənazəsi ailələrinə təhvil verilib.
Qaynarinfo.az xəbər verir ki, morqdan çıxarılan bütün cənazələr eyni kəndin - Tanışık kəndinin sakinləri olub.
Güclü bomba partlayışı səbəbindən cəsədlər parça-parça olub və onların kimliyi DNT analizi ilə müəyyəndişdirilib. Cəsədlər parçalandığından 13 cənazənin ümimi ağırlığı cəmi 60 kq olub.
Qaynarinfo.az