Xəbər lenti

13 yaşlı analar: qızların şok edən həyatı - FOTOLAR
Dünya11:13 14.02.2015

13 yaşlı analar: qızların şok edən həyatı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erkən evlilik, hamiləlik qlobal dünyanın əsas problemlərindən biridir. Xüsusilə yoxsusl ölkələrdə, bölgələrdə qızların xərcindən azad olmaq istəyən ailələr onları yetkinlik yaşına çatmamış ərə verməyə çalışırlar. 
Erkən evlilik, hamiləliyin mövcud olduğu ölkələrdən biri də Qvatemaladır. Burada qızlar valideynlərinin razılığı ilə 11-14 yaşlarında ailə qururlar. 
Dünya şöhrətli fotoqraf Stefani Sinkler Qvatemalada gördüklərini dünyaya fotolar vasitəsilə çatdırmağa və erkən evliliyə diqqət çəkməyə çalışıb. ANS PRESS yoxsulluq qurbanı olaraq özlərindən dəfələrlə böyük kişilərin seks köləsinə çevrilən qızlar barədə fotoqrafın çəkdiklərini təqdim edir: 
Adını açıqlamayan bu qız 11 yaşında 34 yaşlı kişi ailə qurub. Lakin orta yaşlı kişi doğulan uşağın ondan olmadığını iddia edərək gənc ananı atıb. İndi 15 yaşı olan qız uşaq yaşında dünyaya gətirdiyi körpəyə tək baxmağa məcburdur. 
14 yaşlı Karmen hamiləliyin 3-cü ayındadır. Onun sözlərinə görə, 5-ci sinifdə oxuyanda ərə verilib. Lakin onun nə evliliyə, nə də hamiləliyə həvəsi olmayıb. 
14 yaşlı Sulmin də eyni qədəri yaşayır. Hamiləliyinin son günlərində olan qız gözəl gəlin donu geyinmək arzusunda olub.
Eyni yaşda olan Rozario öz körpəsi ilə intensiz terapiya şöbəsində. 
Saida bir aylıq çağası ilə. Onun sözlərinə görə ana olmaq çox çətindir. Çünki uşağın nə üçün ağladığını bilmək olmur. 
Manuella 1 yaşlı qızı ilə xəstəxanada. 12 yaşında ailə quran qız indi ailə planlaşdırması haqqında öyrənmək istəyir. 
17 yaşlı Tanya 15 yaşında ərə gedib. İndi isə hamiləliyinin 7-ci ayındadır. 
15 yaşlı Deylin və 17 yaşlı Rubin yeni doğulan övladlarını izləyirlər. 
Hamiləliyin 9-cu ayında olan 16 yaşlı Saida. Əri 4 ay öncə qazanc dalınca gedib. Lakin o zamandan bəri ondan heç bir xəbər gəlməyib. 
14 yaşlı qızın dünyaya gətirdiyi və çəkisi 1 kq-a yaxın olan uşaq. 
Soyla qızının təhsil alması arzusundadır. 
Yeni ana olan 14 yaşlı qız. 
Qeyd edək ki, Qvatemalada qanun 14 yaşlı qızların ailə qurmasına icazə verir. 
Qaynar.info