
Çində öz evində 11 ildir dəmir qəfəsdə saxlanılan psixi xəstə ilə bağlı dəhşətli faktlar üzə çıxıb.
Qaynar.info-nun məlumatına görə, psixi xəstə 11 ildir anası tərəfindən qəfəsdə saxlanılır.
Yaşadıqları kənddə 13 yaşlı uşağı yeyən psixi xəstə, ağıl çatışmazlığına görə həbs olunmayıb. Onun azad edilməsindən sonra kənd sakinlərinin canlarına qorxu düşüb.
Bundan sonra xəstənin 73 yaşlı anası oğlu üçün evdə dəmir qəfəs düzəltdirərək, onu həmin qəfəsə salıb və zəncirləyib. Maraqlıdır ki, qəfəsi düzəldən dəmirçi psixi xəstənin onu yeməsindən qorxaraq, həmin qəfəsi onunçün pulsuz düzəldib.
İndi 11 ildir orada saxlanılan həmin şəxs anasının hazırladığı yeməklərlə dolanır.
Qaynar.info