Məktəbli qız internet saytına “Varlı ailə axtarıram,məni övladlığa istəyən var?” yazaraq elan verib
Türkiyədə 14 yaşlı qızın internet sayta verdiyi elan hər kəsi dəhşətə gətirib. Türkiyə mətbuatının verdiyi məlumata görə, bundan əvvəl “evlatlikarayanlar” adlı xəbər saytı, Ailə və Sosial Siyasət Naziriliyi tətəfindən bağlanmışdı.
Amma, sayt məhkəmənin qərarı ilə yenidən açılib. Uşaq evladlığa götürmək istəyənlər, uşaqlarına baxmaq imkanı olmayanların bir-birini tapdığı bu saytda “Saytımımz bəzi şərtlərlə açılıb. Artıq əlaqə ünvanları burada olmayacaq” yazılıb.
Saytda yazılan elanlardan biri xüsusilə diqqət cəlb etdi. 14 yaşlı Zara “Evdə sizə kömək edən yaxşı bir övlad ola bilərəm. Anadolu liseyində oxuyuram. Ailəm məndən razı deyil. Mənə elə gəlir ki, məni övladlığa verəcəklər. Varlı ailə axtarıram. Məni övladlığa götürmək istəyən ailə var?”,-yazaraq elan verib. Elanın altından Ayxan adlı bir nəfər “Quzum belə bir elan vermək təhlükəlidir. Baxarsan ki, səni evladlığa götürənlər uşaq qaçırmadan mühakimə olunur”,- deyərək Zaraya xəbərdarlıq edir.