Xəbər lenti

1400 zəvvar Məkkəni pulsuz ziyarət edəcək
Dünya11:55 01.10.2013

1400 zəvvar Məkkəni pulsuz ziyarət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı kralının qonağı olan zəvvarların xərcləri krallıq tərəfindən ödəniləcək

Bu il müxtəlif ölkələrdən olan 1400 zəvvar Səudiyyə Ərəbistanı Kralının qonağı kimi Həcc ziyarətinə göndəriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı kralı Abdulla qərar verib.

“Arabnews”un yazdığına görə, qonaq kimi həcc ziyarətinə gedənlərin bütün xərcləri krallıq tərəfindən ödəniləcək.

Qonaqlar arasında İndoneziya, Banqladeş, Tailand, Filippin, Kamboca, Qırğızıstan, Şri-Lanka, Nepal, Əfqanıstan, Vyetnam, Malayziya, Sinqapur, Myanma (Birma), Laos, Cənubi Koreya, Maldiv, Bosniya, Xorvatiya, Çernoqoriya, Sloveniya, Slovakiya, Seyşel, Mavrikiya, Avstraliya, Yeni Zeelandiya, Fici, Argentina, Braziliya, Kolumbiya, Ekvador, Peru, Venesuella, Boliviya, Trinidad, Kamerun, Cənubi Sudan və digər 40 Afrika ölkəsindən insanlar olacaq.

Krallığın naziri Saleh əş Şeyxin sözlərinə görə, son illərdə bu proqram çərçivəsində ümumilikdə Həcc ziyarətini 22 min zəvvar ziyarət edib.


Qaynar.info