Belçikadan olan yeniyetmə Loran Simons 15 yaşında artıq ikinci doktorluq dissertasiyasını müdafiə edib - ilkini isə 12 yaşında tamamlamışdı.
Qaynarinfo xəbər verir ki, Loran səkkiz yaşında məktəbi bitirib, 11 yaşında magistraturanı başa vurub və hazırda Münhendə yerləşən Helmholtz Mərkəzində tibbi tədqiqatlarla süni intellekti birləşdirən üçüncü elmi dərəcəsi üzərində çalışır.
O, "Bild"ə açıqlamasında belə deyib: "Mən fövqəlinsanlar yaratmaq istəyirəm. Elə insanlar ki, Maykl Cordan kimi tullansınlar və Olimpiya idmançıları kimi qaçsınlar".
Loranın son dissertasiyası nəzəri kvant fizikasına həsr olunub; bundan əvvəl o, eksperimental fizika üzrə işini müdafiə etmişdi. Onun sözlərinə görə, fotoqrafik yaddaşa və mürəkkəb hadisələr arasındakı əlaqələri sürətlə müəyyən etmə qabiliyyətinə malikdir.
Valideynlərinin anlatdığına görə, Loranın qeyri-adi bacarıqları çox erkən yaşlarda özünü göstərib. Onu dörd yaşında məktəbə göndəriblər, altı yaşında isə gimnaziyaya qəbul edilib və dərhal fərdi tədris proqramı təklif olunub.
Səkkiz yaşında imtahanları verib, doqquz yaşında universitetə daxil olub, 12 yaşında isə Maks Plank İnstitutunun tarixində ən gənc doktorantlardan biri olub. O, Roma Papası ilə görüşüb, Nobel mükafatı laureatları ilə ünsiyyət qurub və dünyanın aparıcı elmi mərkəzlərində çıxış edib.
Sürətli elmi karyerasına baxmayaraq, valideynləri onun normal həyat tərzini qorumağa çalışır. Loran belə deyir: "Mən kartinq sürməyi və dostlarımla kinoteatrda "Marvel" filmlərinə baxmağı sevirəm. Bəzən evdə dincəlirik, "Fortnite" kimi videogames oynayırıq. Dostlarımla tam adi bir insan kimi davrana bilirəm. Nə vaxtsa fikrimi yayındırmaq istəsəm, musiqi dinləyirəm, bəzən isə rəqs etməyi xoşlayıram".
Aydın
Şərhlər