Xəbər lenti

16 NATO ölkəsi vahid peyk kəşfiyyat şəbəkəsi yaradacaq
Dünya14:23 15.02.2023

16 NATO ölkəsi vahid peyk kəşfiyyat şəbəkəsi yaradacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO-nun 16 ölkəsi, həmçinin İsveç və Finlandiya Alyansın müdafiə nazirlərinin Brüsseldə keçirilən sammitində ümumi peyk kəşfiyyat şəbəkəsinin yaradılması haqqında saziş imzalayıb. Ümumi şəbəkə NATO ölkələri arasında peyk məlumatlarının toplanması, mübadiləsi və təhlilini sadələşdirəcək, həmçinin Alyansın kosmik kəşfiyyat vasitələrini gücləndirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Alyansın və Böyük Britaniya Müdafiə Mazirliyinin saytı məlumat yayıb.
Saziş Allied Persistent Surveillance from Space Initiative (APSS) adlanır və 2025-ci ildə fəaliyyətə başlayacaq. Milli və kommersiya kosmik peyklərinin birləşmiş qruplaşması "Aquila” adlanacaq. O, 2025-ci ildə fəaliyyətə başlayacaq. "Aquila”nın maliyyələşdirilməsi üçün yaradılmış Lüksemburq fonduna artıq 16,5 milyon avro köçürülüb. 
"Sazişi imzalayan ölkələr aşağıdakıları öyrənəcəklər: milli müşahidə peyklərindən məlumat mübadiləsi imkanları; milli imkanlar daxilində məlumatların işlənməsi, istifadəsi və yayılması; kommersiya şirkətlərindən məlumat əldə etmək üçün maliyyə”, deyə Böyük Britaniya Müdafiə nazirliyinin saytında deyilir. 
"Bu layihə həm də bizim kəşfiyyat alətlərimizi tamamlayan mülki-hərbi əməkdaşlığın gözəl nümunəsidir”, deyə Alyansın mətbuat xidməti NATO Baş katibinin müavini Mirça Coandan sitat gətirib.
Müqaviləni Belçika, Bolqarıstan, Kanada, Finlandiya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ imzalayıb.
Nizami Bağırov