Xəbər lenti

18 ölkədən müəlliflər, 9 min qonaq və 400 min video baxış...
Dünya 20:53 21.10.2024

18 ölkədən müəlliflər, 9 min qonaq və 400 min video baxış...

Lviv BookForum Beynəlxalq Ədəbiyyat Festivalının təşkilatçıları builki tədbirin nəticələrini açıqlayıblar. Festivalın müxtəlif tədbirlərində 18 ölkədən müəlliflər və ziyalılar iştirak edib, həmçinin yayımlar təxminən 412 min baxış toplayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə festivalın mətbuat xidməti məlumat yayıb.

"Dörd gün ərzində biz dünyanın hər yerindən poeziya dinləmək, təcrübə mübadiləsi etmək, bəşəriyyətin və Ukraynanın gələcəyi haqqında danışmaq və hətta fasiləsiz keçirilən Poeziya və Musiqi Gecəsində rəqs etmək imkanı əldə etdik. Festivaldan sonra baş verən əsas sehr isə növbəti festivalın hazırlıqlarına başlamaqdır və hazırda biz tərəfdaşlarla fəal şəkildə çalışırıq ki, 2025-ci ildə geri qayıdaq", – deyə festivalın proqram direktoru Sofiya Çelyak bildirib.

Festival çərçivəsində 24 kurator proqramı, 120 nəşriyyatlar və tərəfdaşlar tərəfindən tədbir keçirilib. Müəlliflərlə canlı olaraq söhbət etmək və müzakirələrə qatılmaq üçün 9 mindən çox qonaq iştirak edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->