
Küveytdə iki Misir vətəndaşı asılıb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, misirlilər Əbdüsəlam Əhməd əl Beyli və Həcaca Səədi ən ağır cinayətlərdə suçlanıblar.
33 yaşlı Səadi 18 uşağa təcavüz etməkdə, Beyli isə ərlə arvadı öldürəndən sonra yandırmaqda ittiham olunmuşdu.
2-9 yaşlı uşaqları oğurlayaraq vəhşicəsinə zorlayan, sonra qətlə yetirən Səadi "Həvalli" ləqəbi ilə tanınan manyak idi. Səadi 2007-ci ildə təyyarəyə oturaraq Misirə yollanmaq istəyəndə Küveytin beynəlxalq hava limanında tutulmuşdu.
Beyli isə 2008-ci ildə sinqapurlu ərlə-arvadı öldürmüş, sonra onların evinə od vurmuşdu.
Küveytdə 6 illik moratoriumdan sonra bu yaxınlarda ölüm hökmü yenidən bərpa olunub.
Hazırda ölkə həbsxanalarında 46 məhbus edam cəzası gözləyir.
Qaynar.info