Xəbər lenti

19 il əvvəl Heydər Əliyevə gül aparan "Qarabağ"ın futbolçusu imiş - VİDEO
İdman09:18 07.03.2016

19 il əvvəl Heydər Əliyevə gül aparan "Qarabağ"ın futbolçusu imiş - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevin maraqlı görüntüləri yayılıb. 

Qaynar.info newsport.az-a istinadən xəbər verir ki, kadrlar 1997-ci ildə çəkilib.

Videoda mərhum prezident Heydər Əliyevin qucağındakı uşağın məşhur futbolçu Qarayevin olduğu məlum olub.

Xatırladaq ki, təsadüfi görüş Heydər Əliyevin Pakistan prezidenti Sərdar Əhməd Xanla qaçqınların məskunlaşdığı yataqxanaya səfəri zamanı baş tutub. Qara Qarayev prezidentə gül aparır. Onu qucağına götürən Əliyev gələcəyin futbolçusuna uğurlar arzulayır. Onu da bildirək ki, Qara Füzuli rayonundan məcburi köçkündür.

Qaynar.info