Xəbər lenti

1,9 milyon insan vətəndaşlıqdan çıxarılacaq
Dünya13:20 31.08.2019

1,9 milyon insan vətəndaşlıqdan çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Assam əyalətində 1,9 milyon nəfər vətəndaşlıqdan çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, bu məqsədlə Hindistan Milli Vətəndaşlıq Qeydiyyat Siyahısı yaradılacaq. Yeni qaydalara görə, 1971-ci ildən əvvəl Assam əyalətinə gəldiyini sübut edə bilməyənlər vətəndaşlıqdan çıxarılacaq və ölkədən deportasiya ediləcək. Ölkənin ən kasıb bölgələrindən olan Assamda Banqladeşdən gələn miqrantlara qarşı mənfi münasibət var və işsizliyin səbəbkarı hesab edilirlər. 
Qanunsuz miqrant adlandırılan şəxslər 120 gün ərzində qərara etiraz edə biləcəklər. 
Birmənalı qarşılanmayan tətbiq Baş nazir Narendra Modiyə qarşı etirazlara səbəb olub. O, müsəlman vətəndaşları hədəf almaqda günahlandırılıb.
Gülşən